"Tottenhem" 26 milyona aldığı futbolçunu satır

19:40 - 23 Sentyabr 2014

Roberto Soldado İngiltərəni tərk edir

 

Qış fasiləsində “Tottenhem” klubu Roberto Soldado ilə yollarını ayırmağı düşünür.

 

Sportal.az xəbər verir ki, yeni baş məşqçi Maurisio Poçeeti hücumçu Emmanuel Adebayorla Harri Keynanın xidmətindən yararlanır. İngiltərə təmsilçisi əsas heyətə düşməyən 29 yaşlı ispaniyalı forvardı transferə çığarmağı qırara alıb.

 

Hələ çempionat başlamadan öncə İtaliyanın “İnter” və İspaniyanın “Atletiko” komandası Soldadonu heyətinə qatnaq istəyirdi. Lakin maliyyə səbəbləri üzündən onun başqa kluba keçidi alınmadı. Yeri gəlmişkən Roberto Soldado ötən mövsümün əvvəlində “Valensiya” klubundan 26 milyon funt sterlinqə “Tottenhem”ə  transfer olunub.    

Xəbər xətti