Millimizin sabiq baş məşqçisi: "Reynaldo tək millimizdə bütün problemi yoluna qoya bilməz"

16:20 - 24 Sentyabr 2014

Vəli Qasımovdan açıqlama

 

Futbol üzrə Azərbaycan yığmasının sabiq məşqçisi Vəli Qasımov sualları cavablandırıb.

 

Sportal.az azerisport.com saytına istinadən xəbər verir ki, Vəli Qasımov bunları deyib :

 

 

- Artıq "Mançester Yunayted"də çalışırsız?
- (gülür) Ötən gün bu klubun Bakıda uşaq futbol məktəbinin açılışı idi və məni də kömək üçün çağırmışdılar. Şəxsi işlərimlə əlaqədar yaxın zamanlarda ölkədə olmayacam. Amma qayıdandan sonra yenidən onlara kömək etməyə çalışacam.

- Bu layihə ilə bağlı nə deyə bilərsiz?
- Uşaq futbolunun inkişafı yolunda bizim üçün lazımlı layihədi. Amma burada müəyyən nüanslar var. Mənim fikrimcə, hazırda ən yaxşı uşaqlar klublara məxsusdu. Bu baxımdan işlərin necə yoluna qoyulacağını bilmirəm. Amma belə ən azı 16 uşaq bəyəndim. Kimləri seçdiklərini isə hələ bilmirəm.

- Azyaşlı uşaqlar üçün məşqlərin süni örtüklü meydanda keçirilməsini necə qiymətləndirirsiz?
- İndi Avropada hamı süni örtüklü meydanda məşq edir. Hər halda süni örtük qumdan, asfaltdan daha yaxşıdı. "Bayıl Arena"nın qazonu yaxşı vəziyyətdədi.

- Belə futbolçularla çalışmağınıza nə mane olur?
- Hələlik, təklifə baxacam. Müəyyən nüanslar var. Bir neçə namizəd mövcuddu. Kim daha çox xoşlarına gəlsə, onu seçəcəklər. Bütövlükdə, layihəni yüksək qiymətləndirirəm.

- Ötən gün AFFA-nın baş katibi Elxan Məmmədov bildirdi ki, Reynaldo milliləşdirilməyəcək...
- Reynaldo hazırda bizə lazım olan futbolçulardandı. Özü də Azərbaycan yığması bizi istədiyimiz kimi sevindirə bilmir. Çıxış yolu olmayanda milliləşdirmə haqda düşünməli oluruq. Təbii ki, bir futbolçu heç nəyi həll etmir. Həm də bizdə problem yalnız hücumda deyil. Biz hələ rəqib qapısına yaxınlaşmağı bacaraq, sonra rəqib qapısına yol tapmaq haqda düşünərik. Problemi həll etməyə müdafiədən başlamaq lazımdı. Bu isə Berti Foqtsun işidi.

Xəbər xətti