"Keylorun oyunu mənim xoşuma gəldi"
“Real"ının baş məşqçisi Karlo Ançelotti "Elçe" ilə qarşılaşmada komandanın qapısını qoruyan Keylor Navasın çıxışını qiymətləndirib.
Sportal.az xəbər verir ki, mütəxəssis kosta-rikalı qapıçının debütünün yaxşı alındığını aşıqlayıb:
"Keylorun oyunu mənim xoşuma gəldi. Düzdü, qapısında çox təhlükə yaranmadı, ancaq səhvsiz oynamağa çalışdı. Digər qarşılaşmalarda kimə şans verəcəyim bəlli deyil".
Qeyd edək ki, 27 yaşlı qapıçı bu yay "Levante"dən "Real"a transfer olunub.