Ueyn Runi: "Bizi siyahıdan silənlər tələsirlər"

19:20 - 24 Sentyabr 2014

"Mançester Yunayted" transferlərə 150 milyon xərcləyib
 
İngiltərə Premyer Liqasının ötən turnda “Lester”ə 5:3 hesabı ilə məğlub olan “Mançester Yunayted” klubunun düşərgəsində vəziyyət heç də ürəkaçan deyil.
 
 
Sportal.az xəbər verir ki, yayda Anhel Di Maria, Falkao, Blind, Roxo, və Herrera kimi futbolçuların taransferinə 150 milyon sterlinq xərcləyən İngiltərə nəhəngi geridə qalan 6 turda yalnız bir qələbə qazanıb. “Mançester Yunayted”in kapitanı Ueyn Runi isə iddialı açıqlamaları ilə gündəmə gəlib. “Qırmızı şeytanlar”ın aparıcı üzvü onları indidən siyahıdan silənlərə belə ismarıc göndərib:
 
 
“Lester”ə məğlubiyyətlə komandaya qiymət vermək düzgün deyil. “Mançester Yunayted”də Lui van Qal kimi təctübəli baş məşqçi var. Heyətə nəzər salanda görərsiz ki, biz daha güclü komandayıq. Sadəcə, hələ oyunumuz istənilən kimi alınmır. Ancaq vaxt gələcək yenə hamı “Mançester Yunayted”dən danışacaq. Bizi siyahıdan silənlər tələsirlər. Onlarla mövsümün sonunda görüşəcəyik”

Xəbər xətti