"Manisaspor" növbəti matçına çıxıb
Türkiyə PTT 1-ci Liqasında 4-cü turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiçin komandası "Manisaspor" "Adanaspor"un qonağı olub.
Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb- 3:2. Subaşiç bu qarşılaşmada 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Manisaspor" 3 xalla 14-cü yerdədir.