"Simurq"lu futbolçunun cəzası bitdi, "Bakı" ilə oyunda oynaya biləcək

13:30 - 2 Oktyabr 2014

Təxirə salınmış oyun

 

Bu gün "Simurq"Premyer Liqanın ilk turundan təxirə salınmış "Bakı" ilə matça çıxacaq.

 

Sportal.az xəbər verir ki, "Sarı-qaralar"ın heyətində 4 oyunluq cəzası olan Draqan Çeran "Bakı" ilə matçda meydana çıxa biləcək.

 

Sonuncu dəfə 2010-cu il dekabr ayının 5-də paytaxt təmsilçisini məğlub edən Zaqatala təmsilçisinin heyətində isə uzun müddətdi zədədən əziyyət çəkən və hazırda bərpa prossesi keçən Murad Səttarlı bu matçda forma geyinə bilməyəcək. 

 

Qeyd edək ki, qarşılaşma 16:00-da start götürəcək

Xəbər xətti