"Qəbələ" rəqib tapdı

19:46 - 3 Oktyabr 2014

Komanda iki yoxlama görüşündə qüvvəsini sınayacaq

 

Milli komandamızın seçmə oyunları ilə əlaqədar çempionatda yaranan fasilədən maksimum yararlanmağa çalışan “Qəbələ”nin hazırlıq planlarına tam aydınlıq gəlib.

 

Sportal.az apasport.az saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” bu müddətdə 2 yoxlama oyununa çıxacaq.


Əsas milli və U-21-in hər birinə 3 futbolçu verən “Qəbələ” məcburiyyətdən əvəzedici komandadan futbolçuları heyətə cəlb edib. Məhz ilk oyun da oktyabrın 5-də qarışıq 2 heyət arasında keçiriləcək. Daha sonra “Simurq” “Qəbələ”yə dəvət olunacaq. Zaqatala təmsilçisi ilə yoxlama görüşü oktyabrın 9-da keçiriləcək. Ertəsi gün istirahət edəcək “Qəbələ” 1 gündən sonra Azərbaycan Premyer Liqasının VIII turunun “Qarabağ”la səfər matçının hazırlıqlarına başlayacaq.


Qeyd edək ki, “Qəbələ” artıq cari mövsüm “Simurq”la bir dəfə üz-üzə gəlib. Sentyabrın 13-də Topaz Premyer Liqasının V turu çərçivəsində Zaqatalada keçirilmiş görüşdə qonaqlar 2:1 hesabı ilə qalib gəlmişdi.

Xəbər xətti