“Liverpul” 3 xalı “Vest Bromviç”dən qopara bildi
İngiltərə Premyer Liqasında 7-ci turun oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma ikeçirilib. “Liverpul”doğma divarlar arasında “Vest Bromviç”I sınağa çəkib. Ötən tur evdə “Everton”la xalları yarı bölən “Liverpul” bu dəfə 3 xala sevinib – 2:1
Çempionluğa iddialı “Mançester Siti” səfərdə “Aston Villa”yla üz-üzə gəlib. 82 dəqiqə rəqib qapısına yol tapa bilməyən “şəhərlilər” sonda Yaya Ture və Serxio Aqueronun qolları sayəsində qələbə qazanıblar.
4 oktyabr
İngiltərə Premyer Liqası 7-ci tur
“Hall Siti” - “Kristal Pelas” 0:0
“Lester” - “Bernli” 2:2
Qollar: Şlupp, 33, Marez, 40 - Kaytli, 39, Vallase, 90+6
“Liverpul” – “Vest Bromviç” 2:1
Qollar: Lallana, 45, Henderson, 61 - Beraino, 56-pen
“Sanderlend” - “Stok Siti” 3:1
Qollar: Vikhem, 4, Fletçer, 23, 79 - Adam, 15
“Suonsi” - “Nyukasl” 2:2
Qollar: Boni, 17, Routledqe, 50 - Sisse, 43, 75
“Aston Villa” - “Mançester Siti” 0:2
Qollar: Ture, 82, Aquero, 88
saytlarin hazirlanmasi