“Fergüsson söyüş söydü, sonra da məni təhtid etdi”

01:30 - 7 Oktyabr 2014

Roy Kin "Mançester Yunayted"i niyə tərk etdiyinə aydınlıq gətirdi  
 
 
İrlandiya millisinin sabiq üzvü Roy Kin 2005-ci ildə “Mançester Yunayted” klubunu niyə tərk etdiyinə aydınlıq gətirib.
 
Sportal.az xəbər verir ki, irlandiyalı ulduz bu yaxınlarda futbol karyarasında baş verən hadisələrlə bağlı kitab dərc etdirib. Həmin nəşrdə Roy Kin “Mançester Yunayted”in baş məşqçisi Ser Aleks Fergüssonla aralarında olanlara da toxunub:
 
“Köməkçi məşqçi Karlos Querosla aradakı qalamaqalın ardından televiziyada çıxışım artıq münasibətləri tam korladı.  Fergussona yaxınlaşıb “başqa komandada oyanaya bilərəm? ” soruşanda baş məşqçi müqaviləmi yırtıb kənara atmaqla məni təhdid elədi. Baş məşqçiyə “məni heyətində görmək istəyən başqa komandalar var. Artıq burada qalmaq istəmirəm”  deyəndə Fergüssondan “f….p….” söyüş və təhqir eşıtdim. Onun otağını tərk edəndə  “artıq mən komandada yoxam” deyib ayrıldım.        

Xəbər xətti