Baş məşqçinin mətbuat konfransı
Avropa çempionatının seçmə mərhələsində İtaliya ilə qarşılaşacaq millimizin baş məşqçisi oyun öncəsi mətbuat konfransı keçirib.
Sportal.az xəbər verir ki, Berti Foqts mətbuat konfrasında bunları deyib:
"Böyük bir həvəslə burda məşq keçirik. Burda hava gözəldir. Dənizi görəndə adam həzz alır. Məni tanıyan bilir ki, İtaliya futbolunun dostuyam. Təəssüf ki, sonuncu DÇ-də İtaliya pis çıxış etdi. Rəqibin heyətində hansı futbolçuların olduğuna baxanda onların niyə mundialı erkən tərk etməsi təəccüb doğurur. Oyuna gəldikdə isə futbolçularım bilirlər ki, İtaliya ilə görüşdə diqqətli və soyuqqanlı olmalıdırlar. Belə komandaya qarşı oynamaq bizim üçün yaxşı təcrübədir. Ümid edirəm ki, məşqdə etdiklərimizi meydanda da göstərə biləcəyik. Belə matçlardan öyrənmək lazımdır. İngilislərin bir məsəli var: oynaya oynaya öyrənmək lazımdır. Biz də belə etməliyik. Mahir Şükürov və Vaqif Cavadovu çağırmamağıma səbəb isə hər iki futbolçunun hazırlıq səviyyəsinin aşağı olmasıdı. Məlum olduğu kimi, "Avro-2020"nin 4 oyunu Bakıda keçiriləcək. İndidən həmin turniri düşünməli və gənclərə şans verməliyik".
saytlarin hazirlanmasi