Fransız müdafiəçi sıradan çıxıb
"Arsenal" klubu aparıcı futbolçularını itirməkdə davam edir.
Sportal.az xəbər verir ki, Məsut Özilin ardından komandanın müdafiəçisi Loren Koselni də zədələnib.
Koselni Portuqaliya millisi ilə yoldaşlıq matçı keçirəcək Fransa yığmasının heyətindən kənarlaşdırılıb.
Qeyd edək ki, oktyabrın 11-də keçiriləcək Fransa - Portuqaliya oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.