Berti Foqts: "Gənc komandamız üçün belə çıxış yaxşı idi"

02:15 - 11 Oktyabr 2014

Baş məşqçi məğlubiyyəti belə şərh etdi

 

Bu gün keçirilən AVRO-2016 seçmə mərhələsində İtaliya doğma meydanda Azərbaycanı qəbul edib.

 

Sportal.az xəbər verir ki, 1:2 hesabı ilə məğlub olan millimizn baş məşqçisi Berti Foqts oyun sonrası mətbuat konfrasında bunları deyib:

 

"Qazandığı çətin qələbəyə görə İtaliya millisini təbrik etmək istəyirəm. Müdafiədə iki kobud səhvə yol verdik. Hava toplarındakı səhvlər qapımızdan 2 top buraxmağımıza səbəb oldu. Gənc komandamız üçün belə çıxış yaxşı idi. “Son 20 dəqiqədə futbolçularımızda hücumameyilli oynamaq üçün güc qalmamışdı. Belə səhvlərdən dərs çıxarmalıyıq. Standard vəziyyətlərdə belə səhvlərə yol verməməliyik."

Xəbər xətti