Rövnəq Abdullayev İtaliya - Azərbaycan matçını izlədi
	 
	AÇ-2016-nın seçmə mərhələsində milli komandamız növbəti oyununu səfərdə İtaliya yığmasına qarşı keçirib. 
	 
	Sportal.az xəbər verir ki, komandamız ikinci oyunda da məğlubiyyətlə üzləşib. İtaliya millisi ilə oyunu canlı izləyən AFFA prezidenti Rövnəq Abdullayev 2:1 hesablı məğlubiyyətin ardından futbolçularla görüşüb. Federasiya rəhbəri millinin üzvləri ilə beş dəqiqəlik söhbət  etdikdən sonra “Ranço Barbere” arenasını tərk edib.  
                      
saytlarin hazirlanmasi