Berti Foqts "Qarabağ" və "Neftçi"ni tənqid etdi

17:25 - 12 Oktyabr 2014

"Mən ki braziliyalıları Azərbaycan yığmasında oynada bilmərəm"

 

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya ilə oyun öncəsi Azərbaycan Premyer Liqasının təqvimindən şikayətlənib.

 

Sportal.az xəbər verir ki, mütəxəssis bunları deyib:

 

"Mən 6 ildi klublara deyirəm ki, oyunçuları daha çox məşq etdirmək lazımdı. Biz artıq 2-3 gündən bir oynamağa alışmalıyıq. Oyunları məşqlərlə əvəzləmək olmaz. "Qarabağ" və "Neftçi" Avropa Liqasında oynayanda onların matçları təxirə salınır. Niyə? Enində-sonunda günahkar mən oluram. Çünki yığmanın baş məşqçisiyəm. Aparıcı klublarda 3-4 azərbaycanlı futbolçu çıxış edir, qalanları legionerlərdi. Mən ki braziliyalıları Azərbaycan yığmasında oynada bilmərəm".

 
 

Xəbər xətti