"Əsas odur ki, səhvlərimizdən nəticə çıxaraq"
Avro-2016-nın seçmə mərhələsində keçiriləcək Xorvatiya – Azərbaycan oyunu ərəfəsində bu gün millimizin qapıçısı Kamran Ağayevin iştirakı ilə mətbuat konfransı təşkil olunub.
Sportal.az Kamran Ağayevin fikirlərini diqqətinizə çatdırır: “Buraya qələbə üçün gəlmişik. İtaliya yığması ilə də oyuna qələbə qazanmaq məqsədilə çıxmışdıq. Amma çətin qarşılaşma olacaq. Çünki 4 gün ərzində 2 oyun keçirmək asan deyil. Lazımi qədər məşq etməyə vaxt qalmır. Bununla belə, nəticədən asılı olmayaraq, əlimizdən gələni edəcəyik. İndi futbolu öyrənən yox, nəticə verən vaxtımdır, artıq 28 yaşım var. Hamı səhv edə bilər. Əsas odur ki, səhvlərimizdən nəticə çıxaraq”.
saytlarin hazirlanmasi