Klublararası DÇ-nin təqvimi açıqlandı

17:40 - 13 Oktyabr 2014

Avropa təmsilçisi çempionata yarımfinalda başlayacaq

 

FİFA klublar arası dünya çempionatının püşkatma mərasimi keçirilib.

 

Sportal.az xəbər verir ki, İspaniyanın "Real" klubu yarımfinal mərhələsindən mübarizəyə başlayacaq.
 
Madrid klubunun rəqibi "Kruz Asul"la Asiya Çempionlar Liqasının qalibi arasında oynanılacaq matçda müəyyənləşəcək.
 
Qeyd edək ki, Asiya və Afrikada Çempionlar Liqasının qalibləri hələ də müəyyənləşməyib.

Çempionatın təqvimi belədir:


Pley-off mərhələsi
10 dekabr. "Moqreb Tetuan" (Mərakeş) - "Oklend Siti" (Yeni Zellandiya)
 
1/4 final
13 dekabr. Afrika çempionu - Pley-offda qalib gələn komanda
13 dekabr. "Kruz Asul" - Asiya çempionu
 
Yarımfinal
16 dekabr. "Real" - 2-ci 1/4 final cütünün qalibi
17 dekabr. "San Lorenzo" - 1-ci 1/4 final cütünün qalibi
 

Xəbər xətti