"Müqaviləni ləğv etməyə hər zaman hazıram"
Azərbaycan millisinin sabiq hücumçusu Branimir Subaşiç şərəfini qoruduğu “Manisaspor” klubundan ayrılmaq istəyir.
Sportal.az xəbər verir ki, hücumçu öz açıqlamasında bunları söyləyib:
"Beş oyundur qol vura bilmirəm. Komandam məndən çox şey gözləyir. Buna görə xəcalət çəkirəm. Aldığım pulları da qaytara bilərəm. Artıq müqaviləni ləğv etməyə hər zaman hazıram".
Lakin rəhbərlik bu sözləri ilə azarkeşlərin rəğbətini qazanan Subaşiçin komandadan getməsini istəmədiyini bildirib.