"Mançester Siti"nin biletləri ucuzdur
Avropanın 207 klubunun billet proqramını araşdıran “BBC” maraqlı məlumatlar ortaya çıxarıb. Sportal.az xəbər verir ki, İngiltərədə ən bahalı biletlər “Arsenal” klubuna məxsusdur.
“Arsenal”ın İngiltərə Premyer Liqasında oyununa biletin qiyməti 97 funt təşkil edir. Ötən mövsümlə müqayisədə biletin qiyməti 29 funt düşsə də, yenə İngiltərə klubları arasında ən bahalıdır.
İngiltərə Premyer Liqasında ən bahalı mövsümlük abonement də “Arsenal”dadır – 2013 funt. Bu abonementə həm də 7 kubok matçı daxildir. “Arsenal”ın ən ucuz mövsümlük abonementinin qiyməti isə 1014 funt təşkil edir.
“Mançester Siti”nin mövsümlük abonementi 299 funtdur. Çox maraqlıdır ki, Çempionşipin 15, 3-cü divizonun isə 10 klubunda ən ucuz mövsümlük abonementlər “Mançester Siti”dən daha bahadır.
İngiltərənin ilk 4 divizionun ən ucuzlu mövsümlük abonement “Çarlton”undur – 150 funt. Müqayisə üçün deyək ki, “Barselona”da ən ucuzlu mövsümlük abonement 103 funt, “Milan”da isə 163 funtdur.
saytlarin hazirlanmasi