Suares "Qızıl buts"usuna qovuşdu

01:45 - 16 Oktyabr 2014

Uruqvaylı hücumçuya mükafatı əfsanəvi futbolçu təqdim etdi
 
Ötən mövsüm “Liverpul”un heyətində "Real"ın portuqaliyalı ulduzu Kriştianu Ronaldo ilə birgə 31 qolla bombardir olan Luis Suaresə “Qızıl buts” mükafatı təqdim edilib.
 
Sportal.az xəbər verir ki, hər il Avropada ən çox top vuran futbolçuya mükafatın təqdim etmə mərasimi Barselona şəhərində keçirilib.
 
Avropa İdman Mediyası tərəfindən təşkil edilən mərasimdə Uruqvay millisi və “Barselona” klubun hücumçusuna “Qızıl butsı”nı “Liverpul”un əfsanəvi futbolçusu Kenni Dalqliş verib. Suaresin mərasimdə iştirak etəməsini məhz özü istəyib. 
 
Qeyd edək ki, 27 yaşlı forvard DÇ-2014-də millisinin İtaliya ilə matçında rəqib komandanın müdafiəçisi Corco Kyellinini dişlədiyinə görə 4 ay yaşıl meydanlardan kənarlaşdırılıb. Uruqvay millisinin aparıcı üzvünün cəzası oktyabrın 24-də başa çatacaq. Odur ki, futbolçu İspaniya La Liqasının 9-cu turu çərçivəsində oktyabrın 25-də Madrid “Real”ı ilə keçirəcəkləri görüşdə oynaya biləcək.

Xəbər xətti