Millimiz yenə məğlub oldu

18:40 - 16 Oktyabr 2014

Kommandamız  sonuncu pillədə

 

17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində son matçına çıxıb.

Sportal.az xəbər verir ki, yığmamız bu dəfə Portuqaliya millisi ilə qarşılaşıb.

Qarşılaşma komandamızın məğlubiyyəti ilə yekunlaşıb. Bu matçda rəqibinə 0:2 hesabı ilə uduzan millimiz turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, komandamız ilk görüşündə İsveçrəyə 0:5, Macarıstana isə 1:3 hesabı ilə məğlub olmuşdu.

Xəbər xətti