Berti Foqts Norveçi pulun hesabına məğlub etməyi düşünür

00:45 - 17 Oktyabr 2014

AFFA-dan fantastik mükafat istəyir 

 

Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun taleyinə Norveçlə oyun aydınlıq gətirəcək. 

 

Sportal.az xəbər verir ki, Komanda.az-ın məlumatına görə, AFFA rəhbərliyi alman məşqçiylə danışaraq, ona Norveçlə noyabrın 16-da keçiriləcək AÇ-2016-nın seçmə matçının dönüş matçı olacağını deyiblər.

 

AFFA-ya yaxın mənbədən Komanda.az-a verilən məlumata görə, Foqts əvvəlcə Norveçlə oyunun onun taleyini həll edəcəyi xəbərdarlığından əsəbləşib. Onun hətta komandanı bu oyuna çıxarmaqdan imtina etdiyi, sonra fikrindən daşındığı bildirilir. Alman məşqçi Norveçlə görüşdə qələbəyə görə millinin hər bir üzvünə fantastik məbləğdə mükafat vəd edilməsini tələb edib. Millimiz Bakıda Norveçi məğlub edərsə, komandanın hər bir üzvünə 100 min avro mükafat veriləcəyi deyilir (alman məşqçinin özünə də böyük məbləğdə pul çatmalıdı).

 

Norveçlə oyunda heç-heçənin də Foqtsu xilas etməyəcəyi söylənilir. Bir sözlə, alman məşqçi Azərbaycan millisinin baş məşqçi postunda yoluna davam etmək üçün Norveç üzərində qələbə qazanmalıdı. Əks halda, bu, onun Azərbaycan millisində sonuncu oyunu olacaq.

 

Mənbənin dediyinə görə, AFFA rəhbərliyini Foqts məsələsində son dərəcə ehtiyatlı davranmağa məcbur edən, onun Azərbaycandan gedəndən sonra federasiya rəhbərliyini ifşa edə biləcəyi qorxusudu.

Xəbər xətti