"Çelsi"nin futbolçusu jurnalistə əl qaldırdı

00:55 - 17 Oktyabr 2014

FİFA nigeriyalı futbolçunu cəzalandıra bilər

 

“Çelsi” klubunun nigeriyalı üzvü Con Obi Mikelin hərəkıəti böyük qalmaqala səbəb olub. 

 

Sportal.az xəbər verir ki, Nigeriya millisinin məşqindən sonra radioda işləyən qadın jurnalist  futbolçudan müsahibə almaq istəyib. Bunun əvəzində Con Obi Mikel media nümayəndəsinin qarnına yumruq zərbəsi endirib.

 

Nigeriya millisinin aparıcı futbolçusunun  bu hərəkəti mətbuatda böyük əks-səda doğurub. Artıq bir müddətdir ki, yarımmüdafiəçinin yerli mətbu orqanlarla arasında münasibət elə də yaxşı deyildi. Odur ki, məsələyə yaxın günlərdə FİFA-da baxılacaq və Obi Mikelin cəzalanması ilə bağlı qərar veriləcək.             

Xəbər xətti