Mişel Platini futbol qaydalarında yeniliklər etmək istəyir
UEFA prezidenti Mişel Platini futbol qaydalarına ağ vərəqənin əlavə olunmasıyla bağlı təklif irəli sürüb.
Sportal.az xəbər verir ki, Avropa futbol qurumunun rəhbəri hakimlərin qərarlarına qeyri-ciddi yanaşan futbolçular ağ vərəqəylə calandırılsın və eyni zamanda həmin futbolçu 10 dəqiqə meydandan kanarlaşdırılsın.
Platini bildirib ki, oyunçuların hakimlər briqadasına etiraz etməsi son vaxtlar çoxalıb. UEFA rəhbəri bunun qarşısını almağın çıxış yolunu futbolçunu cəzalandırmaqda və komandanı azlıqda qalmasında görür. Mişel Platini bu vasitəylə futbolçuların hakimlərə qarşı münasibəti dəyişəcəyini güman edir.
saytlarin hazirlanmasi