"Qarabağ"da daha bir itki: Riçard Almeyda zədələndi

21:35 - 17 Oktyabr 2014

"Dnepr"lə oyunda braziliyalı olmasa...

 

Ölkəmizi Avropa Liqasında təmsil eləyən “Qarabağ” bu gün Premyer Liqanın 8-ci turu çərçivəsində "Qəbələ" ilə görüşüb.

 

Sportal.az xəbər verir ki, oyun Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Lakin qələbə qazandığı oyun həm də “Qarabağ” üçün xoşagəlməz hadisə ilə yadda qalıb.

 

Görüşün ikinci hissəsində “Qarabağ”ın aparıcı futbolçusu Riçard Almeyda zədələnərək meydanı tərk edib.

 

Qeyd edək ki,  "Qarabağ" oktyabrın 23-də Avroliqada “Dnepr”lə qarşılaşacaq. Almeydanın zədəsi ciddi olsa, bu, vacib oyunda “Qarabağ” üçün ciddi itki olacaq. 

 

Xəbər xətti