Zaqatala təmsilçisində itkilər var
Son üç qarşılaşmada "İnter"in qapısına qol belə vura bilməyən "Simurq" bu gün Azərbaycan Premyer Liqasının 8-ci turunda növbəti dəfə "bankirlər"lə üz-üzə gələcək.
Sportal.az xəbər verir ki, ötən gün görüşün keçiriləcəyi arenada son məşqinə çıxan "Simurq" bir saatlıq çalışmalardan sonra hazırlıqlarını tamamlayıb.
Bundan sonra istirahətə çəkilən Georgi Çixradzenin yetirmələri hazırda qarşılaşmanın başlama vaxtını gözləyir. Komanda "İnter"lə oyuna ciddi itkilərlə çıxacaq. Təcrübəli mərkəz müdafiəçi Banas Adam və Murad Səttarlı bu görüşdə zədə səbəbindən forma geyinə bilməyəcək.
Qeyd edək ki, "İnter" - "Simurq" oyunu saat 18:00-da start götürəcək.
saytlarin hazirlanmasi