"Məşqlərdə gördüyümüz işlər öz bəhrəsini verir"
İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində “Çelsi” klubu səfərdə “Kristal Pelas”ı 2:1 hesabı ilə məğlub edib. Sportal.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında Joze Mourinyo bunları deyib:
“Bizim vurduğumuz ikinci qol sənət əsəri idi. Və ən əsası odur ki, bu, kollektiv sənət əsəri idi. Mənim üçün isə bu daha vacibdir, nəinki hər hansı futbolçunun fərdi etdiyi ustalıq.
Elə bilirdim ki, “Börnli” ilə görüşdə ən yaxşı qolumuzu vurmuşuq. Amma Fabreqasın qolu daha yaxşı alındı.
Oskarın cərimə zərbəsi fantastik alındı. Sevinirəm ki, məşqlərdə gördüyümüz işlər öz bəhrəsini verir.
İlk dəqiqədən 94-cü dəqiqəyə qədər oyun bizim nəzarətimiz altında keçdi. Mən yalnız nəticədən yox, həm də sərgilədiyimiz oyundan məmnunam. Ötən mövsümlə müqayisədə daha yaxşı oyun göstəririk. Komanda inkişaf edir”.
saytlarin hazirlanmasi