“Vest Bromviç” – “Mançester Yunayted” oyunu ilə tura yekun vurulacaq
İngiltərə Premyer Liqasında 8-ci turun oyunları davam edir.
Sportal.az xəbər veir ki, ikinci oyun günündə 2 qarşılaşma keçirilib. Turun ən maraqlı görüşlərdən biri KPR - “Liverpul” arasında olub.
İlk hissədə tıərəflər qapılara yol tapa bilməsələr də, fasilədən sonra azarkeşlər 5 qola şahidlik ediblər. Xüsusilə də son dəqiqələr dramatik məcrada keçərək hakimin oyunun əsas vaxtına əlavə etdiyi dəqiqədə qonaqlar qələbə topunu vurublar.
Bununla da “Liverpuil” səfərdə çətinliklə olsa da KPR-ə 3:2 hesabı ilə qalib gəlib.
18 oktyabr
İngiltərə Premyer Liqası 8-ci tur
“Mançester Siti” - “Tottenhem” 4:1
Qollar: Aquero, 13, 20-pen, 68-pen, 75 - Eriksen, 15
“Arsenal” - “Hall Siti” 2:2
Qollar: Sançes, 13, Uelbek, 90+1 - Diame, 17, Hernandes, 46
“Bernli” - ”Vest Hem” 1:3
Qollar: Boyd, 60 - Sako, 49, Valensiya, 54, Koul, 71
“Kristal Pelas” - ”Çelsi” 1:2
Qollar: Kempell, 90 - Oskar, 6, Fabreqas, 51
“Everton” - “Aston Villa” 3:0
Qollar: Caqelka, 18, Lukaku, 48, Koulman, 76
“Sauthempton” - “Sanderlend” 8:0
Qollar: Verqini, 12-öz qapısına, Pelle, 18, 69, Kork, 37, Braydkatt, 63-öz qapısına. Tadiç, 78, Vanyama, 80, Meyn, 86
“Nyukasl” - “Lester” 1:0
Qol: Obertan, 71
19 oktyabr
KPR - “Liverpul” 2:3
Qollar: Varqas, 87, 90+2 - Dunne, 67-öz qapısına, Kountinyo, 90, Caulker, 90+5-öz qapısına
“Stok Siti” - “Suonsi” 2:1
Qollar: Adam, 43-pen, Ualters, 77 - Boni, 34-pen
20 oktyabr
“Vest Bromviç” – “Mançester Yunayted”
saytlarin hazirlanmasi