AFFA baxsın: İslandiyanın U-17 yığması İtaliya ilə heç-heçə etdi və elit-raunda yüksəldi

17:25 - 20 Oktyabr 2014

Ermənilər sonuncu oldu

 

U-17 yığmaları arasında AVRO-2015-in seçmə qrup oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, son dönəmlər sürətlə inkişaf eləyən İslandiya futbolunda U-17 yığması da ümumi göstərcilərdən geri qalmır.

 

3-cü qrupda yer alan İslandiya yığması son oyunda İtaliya ilə qolsuz bərabərliyə imza atıb və bununla da 5 xal toplayaraq elit raunda yüksəlib.

 

Qeyd edək ki, qrupun lideri 7 xal toplayan İtaliya olub. 2 xal toplayan Moldova və 1 xal qazanan Ermənitsan üçün AVRO-2015 həyəcanı bitib. 

Xəbər xətti