Futbolçu ayağından xəsarət alıb
"Mançester Yunayted"in futbolçusu Anxel di Mariya sıradan çıxıb.
Sportal.az xəbər verir ki, argentinalı futbolçu İngiltərə Premyer Liqasında "Vest Bromviç"ə qarşı matçda ayağından xəsarət alıb.
Di Mariyanın zədəsinin ciddi olub-olmadığı tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.
Qeyd edək ki, "Vest Bromviç" - "Mançester Yunayted" görüşü 2:2 hesabı ilə yekunlaşıb.