Türkiyədəki legionerimiz yenə "18-liy"ə düşmədi

17:28 - 21 Oktyabr 2014

Ayaz Mehdiyevin komandası məğlub oldu

 

Türkiyə PTT 1-ci Liqasında 6-cı turun oyunları baş tutub. Sportal.az xəbər veriri ki, Ayaz Mehdiyevin komandası "Girəsunspor"da növbəti oyununu keçirib.
 
Komanda doğma meydanda "Osmanlıspor"la qarşılaşıb. Görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb -2:1. Həmyerlimizin adı bu matçın iştirak ərizəsinə salınmayıb.

.
Qeyd edək ki, "Girəsunspor" 4 xalla turnir cədvəlində 15-ci pillədədir.

Xəbər xətti