“Futbolu 45 deyil, 95 dəqiqə oynamaq lazımdır”

01:15 - 22 Oktyabr 2014

Manuel Peleqrini: "Ona görə üzgünəm ki, birinci hissəni 2:0 hesabla başa vurasan, sonda qələbəni əldən verəsən"
 
 
Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində ÇSKA ilə qarşılaşan “Mançester Siti” komandası səfərdə heç-heçə edib.
 
Sportal.az xəbər verir ki, fasiləyə 2:0 hesabla üstün yollanan ingilislər sonda qələbəni əldən veriblər.
 
“Mançester Siti”nin baş məşqçisi Manuel Peleqrinin qarşılaşmadan sonra keçirilən mətbuat konfransında oyunla bağlı fikirləri belə olub:
 
“Hakimin oyunu necə idarə etdiyini müzakirə etməyəcəm. Ona görə üzgünəm ki, birinci hissəni 2:0 hesabla başa vurasan, sonda qələbəni əldən verəsən. İndi futbolçular anlamalıdır ki, futbolu 45 deyil, 95 dəqiqə oynamaq lazımdır. Hər halda bu oyunda 3 xalı ÇSKA deyil, biz itirdik”.   

Xəbər xətti