"Qarabağ"da "Dnepr"lə oyunqabağı ciddi itki

17:45 - 22 Oktyabr 2014

Komandanın aparıcı futbolçusu sıradan çıxıb

 

Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah səfərdə “Dnepr”lə qarşılaşacaq “Qarabağ” oyuna itki ilə çıxa bilər.

Sportal.az xəbər verir ki, Ağdam klubunun aparıcı oyunçularından olan Leroy Corc Bakıdakı son məşq zamanı zədələnib. Komanda yoldaşı İbrahim Şehiçlə toqquşan hollandiyalı başından ciddi zədə alıb.
 
Corcun Ukraynada “Dnepr”lə keçiriləcək oyunu buraxmaq ehtimalı az deyil. Matçın start fitinə kimi təcrübəli futbolçunun vəziyyətinə aydınlıq gələcək.

 

Mənbə:Lent.az

Xəbər xətti