Qurban Qurbanov: "Oyuna 1 gün qalmış gəlməyimizdə xüsusi bir səbəb axtarmaq lazım deyil"

22:00 - 22 Oktyabr 2014

Baş məşqçidən açıqlama

 

Avroliqanın qrup mərhələsi çərçivəsində baş tutacaq `Dnepr` - `Qarabağ` matçı öncəsi mətbuat konfransı baş tutub.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, .`Qarabağ`ın baş məşqçisi Qurban Qurbanov "Dnepr"lə oyundan əvvəl keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

 

" Sabah bizi çətin oyun gözləyir.Rəqibimiz həqiqətən yaxşı oyun sərgiləyir.Zədəli futbolçularımız olsada biz bunu düşünməli deyilik,oyuna maksimum dərəcədə diqqətli hazırlaşmalıyıq.Rəqibin heyətində çox yüksək texnikalı futbolçular var.Kiyevə oyuna 1 qalmış gəlməyimizdə xüsusi bir səbəb axtarmaq lazım deyil,bu vəziyyətdən asılı olaraq dəyişir,normal haldır bu.Bilirik ki `Dnepr`də bu oyuna qələbə üçün çıxacaq amma biz də əlimizdən gələni edib baxımlı futbol sərgiləyərək Bakıya uğurlu nəticə ilə dönməyə çaışacağıq."

 

Qeyd edək ki, "Dnepr" - "Qarabağ" matçı oktyabrın 23-ü saat 00:05-də start götürəcək.

Xəbər xətti