Millimiz FİFA reytinqində 31 pillə gerilədi

13:20 - 23 Oktyabr 2014

Acı məğlubiyyət bizi geri saldı

 

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, AVRO-2016-nın seçmə mərhələsində İtaliyaya 1:2, Xorvatiyaya isə 0:6 hesabı ilə uduzan millimiz 31 pillə geriləyib.

 

Komandamız hal-hazırda sıralamada 126-cı yerdədi. Lüksemburqla şərik olan millimiz Kanadadan da, Livan və Ekvatorial Qvineya kimi yığmalardan da geri qalır.

 

Qeyd edək ki, siyahıya "DÇ-2014"ün qalibi Almaniya millisi başçılıq edir. Mundialın gümüş mükafatçısı Argentina yığması ikinci, Kolumbiya isə üçüncü olub.

Xəbər xətti