"Dnepr" - "Qarabağ" oyunu Rusiya telekanalında

17:30 - 23 Oktyabr 2014

"Qarabağ" oyunu  "NTV Sport Soyuz"-da

 

Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda bu gün keçiriləcək "Dnepr" - "Qarabağ" oyunu Azərbaycan və Ukrayna telekanalları ilə yanaşı, Rusiya TV-sində də canlı yayımla azarkeşlərə təqdim olunacaq.

Sportal.az xəbər verir ki, "NTV Sport Soyuz" telekanalı komandamızın matçını canlı yayımlayacaq. Artıq qarşılaşma telekanalın proqramına daxil edilib.

Qeyd edək ki, "Dnepr" - "Qarabağ" görüşü bu gün, Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

Xəbər xətti