"Manisaspor"da yeni baş məşqçi
Azərbaycan millisinin sabiq üzvü Branimir Subaşicin çıxış etdiyi “Manisaspor” klubu yeni baş məşqçisini açıqlayıb.
Sportal.az xəbər veir ki, PTT 1-ci Liqa təmsilçisi yerli mütəxəssis Taner Taşkınla anlaşıb.
Qeyd edək ki, 42 yaşlı məşqçi vaxtilə "Manisaspor"da futbolçu olub. Taner Taşkın son olaraq "Menemen Bələdiyəspor"u çalışdırıb. Həmin komandanı tarixində ilk dəfə 2-ci liqaya çıxaran mütəxəssis ötən həftə istefa verib.