"Qarabağ" UEFA reytinqində rekord qırdı

13:20 - 24 Oktyabr 2014

Tarixi qələbə sayəsində reytinqdə yüksəldi

 

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ukrayna "Dnepr"i ilə səfər oyunundakı tarixi qələbə sayəsində UEFA reytinqindəki mövqeyini yaxşılaşdırıb.

 

Sportal.az xəbər verir ki,  qələbə komandamızı 154-cü pilləyə yüksəldərək 9.400 reytinq xalı ilə "Neftçi"ni qabaqlayaraq Azərbaycanın UEFA reytinqindəki ən yaxşı komandasına çevrilib.

 

"Neftçi" 8.900 xalla 177-cidi pillədə qərarlaşıb. Üçüncü yerdə isə 4.900 xalla 270-ci pillədə qərar tutan "İnter" gəlir.

 

Digər təmsilçilərimizə gəlincə, "Xəzər Lənkəran" 4.150 xalla 298-ci, "Bakı" 3.150 xalla 340-cı, 2.650 xala malik "Qəbələ" və AZAL isə 363-cüdü.

Xəbər xətti