"Çelsi" ilə qarşılaşmada iştirak edəcək
"Mançester Yunayted"in argentinalı futbolçusu Anhel Di Mariyanın zədəsinin ciddi olmadığı müəyyənləşib.
Sportal.az xəbər verir ki, tibbi müayinədən keçdikdən sonra yarımmüdafiəçinin İniltərə Premyer Liqasında "Çelsi"yə qarşı matçda oynayacağı məlum olub.
Qeyd edək ki, Di Mariya ölkə çempionatında "Vest Bromviç"lə görüşdə xəsarət alıb.