"Qəbələ" qələbə ilə başladı

11:00 - 25 Oktyabr 2014

Turnirdə ilk oyununu keçirib

 

"Qəbələ”  Futbol  Akademiyası  mövsümün  ilk  səfərinə start verib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 15 yaşlılardan (2000-ci il təvəllüdlü) ibarət  komanda Litvanın  paytaxtı Vilnüsdə təşkil olunan “Ateitis Cup 2014” beynəlxalq turnirində mübarizəyə başlayıb. Mehman Yunusovun  başçılıq etdiyi kollektiv Baltikyanı ölkədə oktyabrın 26-dək davam edəcək yarışın ilk günündə 3 matç keçirib. Turnirə uğurla başlayan komanda bu görüşlərdə 6 xal əldə edib.

 

U-15 ilk qarşılaşmasında “Feniks” (Kaunas, Latviya) komandası ilə görüşüb, 2:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” turnirə qələbə ilə başlamağı bacarıb. II turda Milli Futbol Akademiyası (Litva) ilə görüşən “Qəbələ” meydanı 0:2 hesablı məğlubiyyətlə tərk edib. Növbəti qarşılaşmada “Dinamo” (Kiyev, Ukrayna) ilə üz-üzə gələn "Qəbələ" rəqibini böyükhesabla məğlub edib – 4:0. 


Qeyd edək ki, B qrupunda çıxış edən “Qəbələ” bu gün Bakı vaxtı ilə saat 13:50-də “Minsk”, 19:40-da “Orbita”nı sınağa çəkəcək.

Xəbər xətti