Millimiz İsveçrə ilə qarşılaşacaq

12:05 - 25 Oktyabr 2014

U-17 növbəti sınaq qarşısında

 

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün Belçikanın Beringen şəhərindəki “Mijnstadion” stadionunda Azərbaycan və İsveçrə yığma komandaları qarşılaşacaq.

Sportal.az xəbər verir ki, qarşılaşma yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 22:00) başlayacaq. Oyuna hakim təyinatlarını diqqətinizə çatdırırıq:

 

Baş hakim: Atenasios Giachos (Yunanıstan)
Baş hakimin köməkçiləri: Lazaros Dimitriadis (Yunanıstan), Florian Lemayre (Belçika)
Dördüncü hakim: Jan Krieken (Belçika)

Xəbər xətti