"Riçard Almeyda "bizdən" oynasaydı, daha çox qol vurardıq" MÜSAHİBƏ

13:10 - 25 Oktyabr 2014

"FİFA və UEFA ermənilərə qətiyyətlə "yox" dedi"

 

Ağdamın "Qarabağ" komandasının Ukraynaın "Dnepr" komandasını səfərdə məğlub etməsini komandanın ən tanınmış azarkeşlərindən biri, millət vəkili, yazıçı Aqil Abbas Ölkə.az-da dəyərləndirib.

 

 

- Aqil bəy, "Qarabağ" uddu hamımız sevindik...

- Hamı praqnoz vermişdi ki, "Qarabağ" qalib gələcək, mən də inanırdım qalib gələcəyinə. Riçard Almeyda bizdən oynasa idi bir neçə qol vura bilərdik. Doğurdan deyirəm, bu adam aldığı topları itkiyə verirdi. Biz 10 nəfərlə oynayırdıq, onlar 12 nəfərlə oynayırdı. Onunla belə biz qalib gəldik. Almeyda da bizdən oynasa idi biz daha çox top vurardıq. Düzdü, deyirlər, qaliblər mühakimə olunmur ancaq hərdən etmək lazımdır.
 

- İllərdir Qarabağın işğal məsələsini dünyaya car çəkirik, ancaq səsimizi çox az eşidirlər. "Qarabağ"ın uğuru həmdə Ağdamın və digər rayonların ermənilər tərəfindən işğal olmasınının dünyaya səviyyəsində daha effektli reklamı deyil?

- Futbol çox böyük reklamdır. Dünyada futboldan populyar oyun yoxdur.
 

Sonra Aqil bəy məndən soruşur:

- Siz Braziliyanın baş nazirinin adın bilirsiz?
 

Cavab verirəm:

- Xeyir
 

Aqil Abbas:

- İspaniyanın necə?
 
Jurnalist:
- Heç onuda bilmirəm ancaq baş məşqçilərinin adlarını bilirəm.
 

Aqil Abbas:

- Kamerunun, Nigeriyanın da baş nazirinin adın bilmirsən yəqin.
 
Jurnalist:
- Elədir ki, var...
 

Aqil Abbas:
- Ancaq soruşsam o ölkələrdən 100 dənə futbolçu adı sayarsan. Futboldan populiyar oyun kəşf edə bilməyiblər. Şahmar Əkbərzadənin Pele haqqında gözəl bir şeiri var:
Həsəd aparırdı ağıllı başlar,

Ağlı topuğunda olan oğlanın...
 
Ona görə də, "Qarabağ"ın Avropa qələbələri Qarabağ məsələsinin həlli probleminə böyük bir dəstəkdir. 1996-cı ildə 23 iyun "Qarabağ"ın Çexiyada oyunu var idi. Məndə getmişdim. Həmin gün Ağdamın işğal edildiyi günə təsadüf etdi. Bununla əlaqədar oyun başlamazdan öncə stadionda elan edildi ki, Ermənistan silahlı qüvvələri qonaq komandanın təmsil edildiyi Ağdam şəhərini işğal edib və bir dəqiqələik sükut elan edildi. Bu hala görə Çexiyanı cərimələdilər. Ermənistan "Qarabağ" komandası yaratmaq istəyirdi Steponakert şəhərində. Oranın adı sənətdə Steponakertdi, biz oranı alanda Xankəndi olacaq. O zaman Fuad Musayevin çox böyük əməyi sayəsində o ləğv edildi. FİFA və UEFA ermənilərə qətiyyətlə "yox" dedi. Onların "Qarabağ" komandası yaratmaqda məqsədi o idi ki, bütün dünyaya sübut eləsinlər ki, bura bizimdir. "Qarabağ"ın bu cür çıxışı, bizim apardığımız siyasət öz yerində, Qarabağ probleminə çox böyük dəstəkdir.
 

- Aqil bəy, razılaşırsız ki, futbol həm də böyük bir siyasətdir?

- Futbol siyasətdir, böyük bir siyasətdir. Türkiyənin prezidenti Ermənistanda futbola baxmağa getdi. Daha sonra Ermənistan prezidenti də Türkiyəyə futbola baxmağa gəldi. Türkiyə prezidenti erməni prezidentini evinə dəvət etdi və xanımı ona pliov bişirdi. Hələ Türkiyə prezidenti utanmaz-utanmaz dedi ki, plovu xanımım bişirib. Serbiya il Albaniya oyununda bayrağa görə oyun yarımçıq qaldı, dava düşdü.

"Atletiko Madrid"inn sinəsinə Azərbaycan yazılıb. Ermənilər də bu məsələyə görə paxıllıqlarından partladıqlarına görə, stadionun bir küncündə gətirib bayraqlarını asmışdılar. Ancaq sonra o bayrağı oradan yığışdırdılar.
Dünənki oyunda mənə ən çox ləzzət edən şey Ukraynalı rejisor və operatorlar oldu. Onlar kişilik edib tez-tez "Qarabağ"ın azarkeşlərini, Azərbaycanın bayrağını göstərirdilər. Heç bir paxıllıq, xəsislik, qısqanclıq etmədən dəfələrlə bizimkiləri göstərilər. Onların rejisor və operatorlarına hörmətim artdı.

Xəbər xətti