Baş məşqçinin gözü Cavid İmamverdiyevdə
	Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsini icra edən Mahmud Qurbanov sabah Türkiyə birinci liqasında Samsun şəhərində keçiriləcək “Samsunspor” – “Elazığspor” oyununu izləyəcək.
	
	Sportal.az xəbər verir ki, bu barədə xəbəri AFFA-nın rəsmi saytı yayıb.
	
	Qeyd edək ki, "Elazığspor"un heyətində yığmamızın üzvü Cavid İmamverdiyev çıxış edir. 
     
                    