George Çixradze: "Çempionatdakı bütün rəqiblər güclüdür"

20:38 - 25 Oktyabr 2014

"Azarkeşin istəyi çox qol görməkdir"

 

Azərbaycan Premyer Liqaasında I dövrənin yekunu “Simurq” üçün uğurlu oldu. Zaqatala təmsilçisi doğma azarkeşləri önündə “Araz Naxçıvan”ı 4-0 hesabı ilə məğlub etdi.
 

Sportal.az xəbər verir ki, "Simurq" klubunun baş məşqçisi George Çixradze qarşılaşma haqqında bunları deyib:


“Bu gün çox yaxşı oynadıq. Futbolçular verilən tapşırıqları yerinə yetirdilər. Rəşad Eyyubovu 3 qol vurması münasibəti ilə təbrik edirəm. İlk hissədə top itirsə də, sonradan het-trik edib yaxşı hücumçu olduğunu nümayiş etdirdi. Azarkeşin istəyi çox qol görməkdir. Biz də bunun üçün çalışdıq. Çempionatda bütün rəqiblər güclüdür.  Biz bu oyunu unudub, qarşıdakı matçlara hazırlaşmalıyıq”.

Xəbər xətti