Baş məşqçi qələbədən danışdı
U-17-lər arasında Avropa çempionatının ilkin seçmə mərhələsində keçirilmiş Azərbaycan – İsveçrə (2:1) oyunundan sonra yığmamızın baş məşqçisi Mirbağır İsayev fikirlərini bildirib.
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi öz açıqlamasında qələbəni belə şərh edib:
“Belçika yığmasına məğlubiyyətdən sonra qarşımızdakı ən vacib məsələ futbolçuları növbəti oyuna psixoloji baxımdan hazırlamaq idi. Nə qədər çətin olsa da, müəyyən mənada bunun öhdəsindən gəlməyi bacardıq. İsveçrə futbolda kifayət qədər inkişaf yolu keçmiş ölkədir və İsveçrənin istər əsas millisi, istərsə də müxtəlif yaş qruplarından ibarət komandaları vaxtaşırı dünya və Avropa çempionatlarının final mərhələsində çıxış edir. Sevinirik ki, belə bir ölkənin təmsilçisinə qalib gəlməyi bacardıq. Bu qələbədə zəhməti olan, bunu arzulayan, bizə dəstək verən hər bir kəsi təbrik edirik. Əlbəttə, qələbədə də, məğlubiyyətdə də bütün komanda üzvlərinin payı və məsuliyyəti olur, kimisə fərqləndirmək düzgün olmazdı. Bununla belə, qapıçımızın oyununu xüsusi qeyd etməliyəm. Ötən oyunla müqayisədə bu dəfə qapıçı mövqeyində dəyişiklik etdik və və bu əvəzləmə öz bəhrəsini verdi. Qapıçımız bu gün komandanı dəfələrlə çox çətin vəziyyətlərdə xilas etməyi bacardı. Turnir hələ yekunlaşmayıb və son oyunda da uğurlu nəticə əldə edərək növbəti mərhələyə vəsiqə qazanmağa çalışacağıq”.
saytlarin hazirlanmasi