Mahmud Qurbanovdan millidə daha bir yenilik

19:30 - 27 Oktyabr 2014

"Millinin qapıları hər kəsin üzünə açıqdır"

 

Azərbaycan milli komandasının Norveç ilə AVRO-2016-nın seçmə oyunu üçün heyəti noyabrın 2-dək açıqlanacaq.

Sportal.az xəbər verir ki, bunu Sportnet.az-a millimizin müvəqqətini baş məşçqisi Mahmud Qurbanov deyib.

Qurbanovun sözlərinə görə, noyabrın 16-da baş tutacaq qarşılaşmaya əvvəlcə genişləndirilmiş heyət çağırılacaq. Onlar təlim məşq toplanışına cəlb olunacaqlar və yekun heyət seçiləcək.

Beləliklə, bir çox ölkədə rast gəlinən iki mərhələli çağırış prinsipindən millidə ilk dəfə yararlanacaq. Baş məşqçi bildirib ki, millinin qapıları hər kəsin üzünə açıqdır və qarşıdakı müddətdə kim özünü yaxşı tərəfdən göstərəcəksə, yığma komandaya dəvət alacaq.

Qeyd edək ki, Azərbaycan - Norveç qarşılaşması noyabrın 16-da "Bakcell Arena"da baş tutacaq.

Xəbər xətti