17 yaşlılarımız növbəti mərhələyə yüksələ biləcəkmi? 
	 
	Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində qrupda 3-cü turun oyunları keçirilir.
	 
	Sportal.az xəbər verir ki, Mirbağır İsayevin baş məşqçiliyi altında millimiz Bosniya və Herseqovina yığması ilə üz-üzə gəlir.
	 
	Seçmə mərhələnin ilk turunda Belçikaya 3:0 məğlub olan və İsveçrə millisinə 2:1 hesabı ilə qalib gələn yığma komandamız bu qarşılaşmada mütləq qələbə qazanmalıdır. Azərbaycan milli komandası ilə Bosniya və Herseqovina eyni göstəricilərə malik olduğuna görə, matç heç-heçə başa çatacağı halda qalib penaltilər seriyasında müəyyən olunacaq.  
	 
	 
	AÇ-nin ilkin seçmə mərhələsi U-17 milli komandalar arasında 
	 
	28 oktyabr
	 
	İsveçrə - Belçika 1:0
	Qol: Quillemenot, 40
	 
	Bosniya və Herseqovina – Azərbaycan  1:1 ( 4:3 penaltılər seriyası)
	Qollar: Denis Zeriç,11 - Oruc İsmayılov, 26
	 
	Baş hakim: Rob Rogers (İrlandiya)
	Baş hakimn köməkçiləri: Mark Gavin (İrlandiya), Florian Lemaire  (Belçika)
	Dördüncü hakim: Jan Krieken (Belçika)
	UEFA nümayəndəsi və hakim-inspektor: Emil Bozinovski (Makedoniya)
                      
saytlarin hazirlanmasi