U-17 penaltilərdə məğlub oldu
Belçikanın Eisden şəhərindəki “Patro Eisden” stadionunda 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması son oyununu keçirib.
Sportal.az xəbər verir ki, Bosniya və Herseqovina yığması ilə qarşılaşan millimiz 90 dəqiqədə 1:1 hesabı ilə razılaşmalı olublar.
Hər iki komandanın topladığı xallar bərabər olduğuna görə, turnir cədvəlində yığmaların mövqeyinin müəyyənləşdirilməsi məqsədilə oyunsonrası penalti seriyası təyin olunub. 11 metrlik zərbələri daha dəqiq vuran Bosniya və Herseqovina yığması 4:3 (ümumi nəticədə 5:4) hesabı ilə qalib gəlib.
Yığmamız ilkin seçmə mərhələdə ən yaxşı göstəriciyə malik üçüncü yeri tutmuş komandalardan biri kimi növbəti mərhələyə vəsiqə qazanıb
Bosniya və Herseqovina - Azərbaycan 1:1 (4:3-pen)
Qol: Denis Zeriç,53, Oruc İsmayılov,26