Həmyerlimiz kubok matçında da lazım olmadı

18:00 - 30 Oktyabr 2014

Türkiyədəki legionerimiz yenə "18-liy"ə düşmədi

 

Türkiyə kubokunda 3-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Ayaz Mehdiyevin çıxış etdiyi "Girəsunspor" səfərdə "Bayrampaşa" ilə qarşılaşıb.
 
Qarşılaşma "Girəsunspor"un minimal hesablı qələbəsi ilə yekunlaşıb (1:0) və komanda növbəti mərhələyə vəsiqə qazanıb. Çempionat oyunlarında forma şansı əldə edə bilməyən Mehdiyev kubok matçında da komandasına kömək edə bilməyib. Futbolçunun adı heç matçın iştirak ərizəsinə də daxil edilməyib.

Xəbər xətti