Argentinalı futbolçudan açıqlama
İngiltərə Premyer Liqasının 10-cu turu çərçivəsində Mançester derbisi baş tutacaq.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Mançester Yunayted"in ulduz futbolçusu Anxel di Mariya derbi öncəsi maraqlı açıqlama verib:
"Derbidə oynamaq möhtəşəm bir hissdir. Təbii ki, burada məğlub olsaq 2-3 həftə evdən çölə çıxa bilməyəcəyik. Sadiq azarkeşlərimizin üzünə baxa bilmək üçün bu görüşdə qalib gəlmək mütləqdi."
Qeyd edək ki, "Mançester Siti" - "Mançester Yunayted" matçı sabah Bakı vaxtı ilə 17:30-da start götürəcək.
saytlarin hazirlanmasi