Yoldaşlıq matçı
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası Macarıstanın gənclərdən ibarət yığması ilə yoldaşlıq oyunu keçirib.
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma 7:0 hesabı ilə millimizin xeyrinə başa çatıb.
Qeyd edək ki, Asif Zeynalovun het-trik etdiyi oyunda hərəyə bir dəfə isə Sabir Allahquliyev, Comərd Baxşəliyev, Orxan Məmmədov və Elvin Quliyev fərqlənib.
saytlarin hazirlanmasi